Hacı Əliyev: Parisdə qızıl medal qazanmaq niyyətindəyəm

Hacı Əliyev: Parisdə qızıl medal qazanmaq niyyətindəyəm

Hazırda oxunan: Hacı Əliyev: Parisdə qızıl medal qazanmaq niyyətindəyəm

186126

Bu qədər azarkeşin önündə qələbə qazandığım üçün çox sevincliyəm.

Bizim.Media xəbər verir ki, bu sözləri Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində finala yüksələrək “Paris-2024”ə lisenziya qazanan Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu, onun qazandığı üçüncü Olimpiya lisenziyasıdır. 

“Bu gün əldə etdiyim uğur idman karyeramda ən vacib hadisə oldu. Parisdə qızıl medal qazanmaq niyyətindəyəm. Dizlərimin zədəli olmasına baxmayaraq, sonadək güləşdim. Əslində, öz çıxışımdan çox da razı qalmadım, daha artığını edə bilərdim. Zədə hər idmançı üçün böyük problemdir. Əsas odur ki, qələbə qazana bildim”, - deyə o əlavə edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO