"Lotu Quli"nin qətlində təqsirləndirilən iki nəfərə ömürlük həbs cəzası VERİLDİ 

Hazırda oxunan: "Lotu Quli"nin qətlində təqsirləndirilən iki nəfərə ömürlük həbs cəzası VERİLDİ 

185942

2020-ci ildə Türkiyənin Antalya şəhərində qətlə yetirilən və Azərbaycanda kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun qətlində şübhəli bilinən şəxslərə hökm oxunub. 

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, təqsirləndirilən şəxslər Xaqan Zeynalov və Əmir Həmidli ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum ediliblər. 

Əli Mövlamlı və Rəsul Həsənovun hər biri 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həbs olunmadan mühakimə olunan 4 müttəhimə bəraət verilib. 
Xatırladaq ki, 2020-ci il avqustun 20-də gecəyarısı Türkiyədə 5 ulduzlu hotelin restoranında “Nazir Əzizoğlu”nun adına olan şəxsiyyət vəsiqəsindən istifadə edən “Lotu Quli”yə yaxın adamlarından Xaqan Zeynalov baş nahiyəsindən iki güllə vurub. Səlifovun adamlarının cavab atəşi açması nəticəsində yaralanan Xaqan Zeynalov hoteldən çıxaraq onu gözləyən Əmir Həmidlinin idarə etdiyi kirayə avtomobillə qaçıb. Hadisə yerinə gələn həkim briqadasının ilkin müdaxiləsindən sonra xəstəxanaya aparılan Səlifov dünyasını dəyişib. 

Şübhəlilər Dənizlidə ələ keçiblər. Saxlanılanlardan Xaqan Zeynalov xəsarət aldığı üçün xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib. 

Onlara qarşı “qəsdən adamöldürmə” maddəsi ilə cinayət işi açılıb. 

Bakırköy Respublika Prokurorluğunun göstərişi ilə İstanbul Polis İdarəsi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi qrupları tərəfindən aparılan araşdırmada hadisənin Azərbaycanda “Lənkəranski” ləqəbi ilə tanınan və 18 avqust 2016-cı ildə Beşiktaşda qətlə yetirilən Rövşən Canıyevin qətlinin qisasını almaq məqsədi ilə törədildiyi müəyyən edilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO