Cəlilabad sakinini güllələyən şəxs SAXLANILDI 

Cəlilabad sakinini güllələyən şəxs SAXLANILDI 

Hazırda oxunan: Cəlilabad sakinini güllələyən şəxs SAXLANILDI 

185904

Aprelin 5-də saat 23:50 radələrində Cəlilabad rayon Mikayıllı kənd sakini C.Abdiyevin hər iki ayaq nahiyəsinin aşağı ətraflarından odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə Cəlilabad Rayon Polis Şöbəsinə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə C.Abdiyevə ov tüfəngi ilə xəsarət yetirməkdə şübhəli bilinən həmkəndlisi M.Abdullayev müəyyən edilərək saxlanılıb.

Ondan cinayətdə istifadə etdiyi ov tüfəngi aşkarlanaraq götürülüb. 

Faktla bağlı araşdırmalar aparılır. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO