Bakı Metropoliteni: “Vaqonların qapılarındakı nasazlıq sərnişinlərin müdaxiləsinə görə yaranır”

Bakı Metropoliteni: “Vaqonların qapılarındakı nasazlıq sərnişinlərin müdaxiləsinə görə yaranır”

Hazırda oxunan: Bakı Metropoliteni: “Vaqonların qapılarındakı nasazlıq sərnişinlərin müdaxiləsinə görə yaranır”

185810

Xəbər verdiyimiz kimi, dünən səhər saatlarında Bakı metrosunda problem yaşanıb. “Həzi Aslanov-Dərnəgül" (Yaşıl xətt) üzrə hərəkət edən qatarın vaqonlarından birinin qapısında nasazlıq yarandığından, sərnişinlər "28 May" stansiyasında düşürülüb. Qatar xətdən çıxarılıb, əvəzinə qatar verilib.

Bu, qatarların qapıları ilə bağlı yaşanan ilk problem deyil. Əvvəllər də müxtəlif vaxtlarda qatarın qapılarındakı nasazlıq metronun işinə mane olub, sərnişinlərin mənzil başına çatmasını ləngidib.

Qatarların belə tez-tez sıradan çıxması nədən xəbər verir? Nasazlıqlar necə aradan qaldırılmalıdır?

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Bizim.Media-ya bildirib ki, qapılardakı nasazlıq sərnişinlərin müdaxiləsinə görə yaranır:

“Bəzən belə hadisələr olur, bunun səbəbi “Bakı Metropoliteni”nin sıx sərnişindaşıma şəriatində çalışmasıdır. Qeyri-iş günlərində belə hadisələr çox nadir halda olur. Adi iş günlərində bunun olma səbəbini biz təbii qarşılayırıq. Çünki sərnişin sıxlığı var, hər kəs mənzil başına çatmaq istəyir. 

Bu zaman qapıların tutulub saxlanması halları olur. Davamlı qapılara müxtəlif təzyiqlərin göstərilməsi nəticəsində qatarda belə nasazlıqlar yarana bilir”.

Qurum rəsmisi belə halların azaldığını qeyd edib:

“Son illərdə bu kimi problemlərin olmaması istiqamətdə çox işlər görülüb. Bu hallar həftə ərzində bir neçə dəfədən bütöv aylar ərzində bir neçə dəfəyə düşüb. Bu nəticəyə nail olmaq üçün biz vaqonların orta və əsaslı təmiri zamanı qapılarını yeni nəsil qatarlarda olan sistemlərlə təchiz edirik. Yəni onların əsas idarəetmə sistemini müasir İtaliya istehsalı olan avadanlıqla əvəzləyirik.

Onlar təzyiqə daha davamlıdır. 

Yəni sərnişinlərin qapını tutub saxlaması və digər məsələlərə daha dözümlüdür. İşləmə funksiyaları da daha dözümlü, daha etibarlıdır. Düzdür, bu, əsasən sərnişinlərin sayəsində azalıb. Çünki son dövrlərdə həm bizim apardığımız təbliğat, həm sərnişinlərlə təyin etdiyimiz işlər və ən əsası sərnişinlərin özlərinin iki dəqiqədən bir intervalın olduğu şəraitdə növbəti qatarın ləngimədiyini dərk etməsi belə halları azaldıb”.

Günay Şahmar, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO