Gəncə Apelyasiya Məhkəməsinin sədri vəzifəsindən AZAD EDİLDİ 

Gəncə Apelyasiya Məhkəməsinin sədri vəzifəsindən AZAD EDİLDİ 

Hazırda oxunan: Gəncə Apelyasiya Məhkəməsinin sədri vəzifəsindən AZAD EDİLDİ 

185775

Gəncə Apelyasiya Məhkəməsinin sədri vəzifəsindən azad edilib. 

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılaraq qəbul edilən “Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında” qərarda əksini tapıb. 

Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən, Gəncə Apelyasiya Məhkəməsinin hakimləri Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynzadə Afiq Hüseyn oğlu Sumqayıt Apelyasiya Məhkəməsinin hakimləri təyin ediliblər. 

Qeyd edək ki, Hüseynov Mirbahəddin Mirdamət oğlu Gəncə Apelyasiya Məhkəməsinin sədridir. 

Eyni zamanda Sumqayıt İnzibati Məhkəməsinin hakimi İsmayıl Rza oğlu Quliyev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi təyin edilib. 

Lətifə Məhyəddin qızı Məmmədova da vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO