Bayden: “ABŞ İranın təhdidləri qarşısında İsrailin yanındadır”

Bayden: “ABŞ İranın təhdidləri qarşısında İsrailin yanındadır”

Hazırda oxunan: Bayden: “ABŞ İranın təhdidləri qarşısında İsrailin yanındadır”

185729

ABŞ prezidenti Co Baydenlə İsrailin baş naziri Binyamin Netanyahu arasında telefon danışığı baş tutub.

Bizim.Media xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bayden Qəzza zolağında dərhal atəşkəsin vacibliyini bildirib:

“ABŞ-ın Qəzzaya dair gələcək siyasəti, humanitar yardıma çıxışı və mülki əhalinin müdafiəsini təmin etmək üçün İsrailin qərarından asılı olacaq”. 

Amerika prezidenti Netanyahunu “müzakirəçilərinə girovların qaytarılması üçün təcili olaraq saziş bağlamaq” səlahiyyətini verməyə çağırıb.

İki ölkə liderləri İranın İsrail dövləti və xalqına qarşı təhdidlərini də müzakirə ediblər. 

Bayden vurğulayıb ki, Birləşmiş Ştatlar bu təhdidlər qarşısında İsrailin yanında möhkəm dayanır.

Ağ Evdən həmçinin bildirilib ki, Birləşmiş Ştatlar İsraildən yaxın saatlarda Qəzzada mülki insanları qorumaq və humanitar yardım göstərmək üçün konkret addımlar gözləyir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO