Bakının bu ərazisində sabah qaz olmayacaq

Bakının bu ərazisində sabah qaz olmayacaq

Hazırda oxunan: Bakının bu ərazisində sabah qaz olmayacaq

185708

Sabah paytaxtın Binəqədi rayonunda qazın verilişində məhdudiyyətlər olacaq.

Bu barədə Bizim.Media-ya "Azəriqaz" İB-dən bildirilib.

Məlumata görə, 7-ci Mikrorayon, Abay Kunanbayev küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması və Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi ünvanında COP-29 proqramına əsasən orta təzyiqli qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədi ilə 05.04.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonunun Abay Kunanbayev, Fərman Məlikov, Süleyman Sani Axundov, İlham Hacıyev küçələrində və Biləcəri qəsəbəsinin Məlik Aslanov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO