Nazirlər Kabineti “Müntəzəm sərnişin daşımalarının həyata keçirilməsi nəzərdə tutulan avtonəqliyyat vasitələrinin gediş haqqının elektron qaydada ödənilməsi üçün ödəniş alətləri ilə təchiz olunması halları”nı təsdiq edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, həmin hallar aşağıdakılardır:
- Bakı, Sumqayıt və Xırdalan şəhərlərinin inzibati-ərazi vahidləri daxilində şəhərdaxili (rayondaxili) müntəzəm sərnişin daşımalarının həyata keçirildiyi halda;
- Bakı, Sumqayıt və Xırdalan şəhərlərinin inzibati-ərazi vahidləri arasında şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımalarının həyata keçirildiyi halda;
Digər inzibati ərazi vahidləri üzrə müntəzəm sərnişin daşımalarının həyata keçirilməsi nəzərdə tutulan avtonəqliyyat vasitələrinin gediş haqqının elektron qaydada ödənilməsi üçün ödəniş alətləri ilə təchiz olunması “Avtomobil nəqliyyatı haqqında”qanunun 28.3-cü maddəsinə uyğun təşkil edilir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
18:07 / 03.04.2024
Gediş haqqının elektron ödənilməsi üçün alətlərlə təchiz olunma halları TƏSDİQLƏNDİ
Hazırda oxunan: Gediş haqqının elektron ödənilməsi üçün alətlərlə təchiz olunma halları TƏSDİQLƏNDİ
Hazırda oxunan: Gediş haqqının elektron ödənilməsi üçün alətlərlə təchiz olunma halları TƏSDİQLƏNDİ
185501
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.