Cəlilabadda 17 yaşlı qızı qaçıran qohumlara AĞIR CƏZA

Cəlilabadda 17 yaşlı qızı qaçıran qohumlara AĞIR CƏZA

Hazırda oxunan: Cəlilabadda 17 yaşlı qızı qaçıran qohumlara AĞIR CƏZA

185490

Cəlilabad rayonunda adam oğurluğunda  təqsirləndirilən şəxslər barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb. 

Bizim.Media-nın cənub bürosu xəbər verir ki, işə Şirvan Apelyassiya Məhkəməsində baxılıb.

Belə ki, Cəlilabad şəhər sakini, 1993-cü il təvəllüdlü A.S. (şərti ad) və dayısı oğlu, 1994-cü il təvəllüdlü H.M.-in (şərti ad) məhkəməsində proses hakim Elşad Əliyev sədrliyi ilə keçirib və prosesdə verilən qərara əsasən, H.M.-ə qəti olaraq 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 144.3-cü (yetkinlik yaşına çatmayan şəxsi oğurlama) maddəsi ilə təqsirləndiriliblər. Araşdırmalar zamanı məlum olub ki, A.S. dayısı oğlu ilə əvvəlcədən plan qurub. Onlar H.M.-in atasına məxsus “VAZ” markalı avtomobillə A.S.-nin qonşuluğunda yaşayan 17 yaşlı qızı izləyiblər. Qız dərsdən çıxıb yaşadığı evə gedərkən qəfil yaxınlaşaraq onu zorla qaçırdıblar.

Bundan sonra A.S. evlənmək məqsədilə qaçırdığı qızı dayısının evinə aparıb. Bir qədər sonra ora polislər gəlib və qızı ailəsinə qaytarıblar. A.S. isə üç gün ərzində çayın kənarında gizlənsə də, sonradan polisə təslim olub. Məhkəmədə zərərçəkmiş qız A.S.-dən şikayətçi olduğunu deyib. O, A.S.-nin dayısı oğlunu əvvəldən tanımadığını deyib və ona qarşı şikayətinin olmadığını bildirib. 

Xatırladaq ki, daha əvvəl Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.S.-yə 10 il 6 ay, H.M.-ə isə 10 il həbs cəzası verilmişdi.

Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO