Əhməd məhkəmədə ailə üzvlərini planlı şəkildə öldürdüyünü ETİRAF etdi – Onu neçə il HƏBS gözləyir?

Əhməd məhkəmədə ailə üzvlərini planlı şəkildə öldürdüyünü ETİRAF etdi – Onu neçə il HƏBS gözləyir?

Hazırda oxunan: Əhməd məhkəmədə ailə üzvlərini planlı şəkildə öldürdüyünü ETİRAF etdi – Onu neçə il HƏBS gözləyir?

185473

Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun psixi durumu ilə bağlı yekun rəy verilməyib. Hazırda 1 saylı İstintaq Təcridxanasında saxlanılan Ə.Əhmədovun ekspertiza rəyi hazır olmasa da məhkəmədə o, ailə üzvlərini planlı və məqsədli şəkildə öldürməsi ilə bağlı etiraflar edib. Bu barədə TV Müsavat istintaqdakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ilkin istintaqda danışmaqdan imtina edən və özünün gərgin psixoloji durumda olduğunu nümayiş etdirməyə çalışan Ə.Əhmədov məhkəmədə ailə üzvlərini məqsədli şəkildə qətlə yetirdiyini boynuna alıb.
 

MÖVZU İLƏ BAĞLI:

Əhməddən məhkəmədə SENSASİON etiraf – VİDEO 


Buna səbəb kimi atasının ailəyə məxsus mənzili bacısına verməsini göstərib. Valideynləri və bacısı ilə arasında yaranan mübahisə uzanıb. Qətldən bir gün öncə Ə.Əhmədov son sözünü atasına söyləyib və “mən bu işi burda qoymayacam” deyib. Ə.Əhmədovun məhkəmədəki bu etirafı isə onun ailəsini qətlə yetirməsinin məqsədli bir plan olduğunu üzə çıxarıb. Bəzi etiraflar onun qətli törədərkən affekt vəziyyətində olma ehtimalını azaldır. Qətlin törədilməsi və törədənin psixoloji durumu barədə müəyyən variantlar səsləndirilir. 

Maraqlıdır, onun bu etirafı istintaqın gedişinə necə təsir edəcək? Qətli törədərkən anlaqlı vəziyyətdə olması sübut olunarsa, Əhməd Əhmədovu hansı cəza gözləyir?

Bu barədə Bizim.Media-ya danışan vəkil Pərviz Hacıyev deyib ki, təqsirləndirilən şəxsin etirafı onun anlaqlı və ya anlaqsız olması anlamına gəlmir:

“Anlaqsız, psixi problemləri olan şəxs də qətli planlı şəkildə törətdiyini deyə bilər. Onun etirafı anlaqlı olduğu demək deyil. Bunu ancaq müvafiq ekspertiza müəyyən edəcək. Əgər psixatrik xəstəlikdən əziyyət çəkdiyi, anlaqsız olduğu haqqında rəy verilərsə, tibbi xarakterli məcburi tədbirlər tətbiq olunacaq”.

Hüquqşünas əks təqdirdə şəxsin ömürlük azadlıqdan məhrum edilməsinin də mümkün olduğunu bildirib:

“Anlaqlı olduğu halda ekspertiza rəyi olsa, o zaman Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə azadlıqdan məhrumetmə cəzası gözləyə bilər. Bu  maddədə bir neçə ağırlaşdırıcı bəndlər var. Bu bəndlərə 120.2.4 – xüsusi amansızlıqla qətlə yetirmə, 120.7.2 – iki və daha çox şəxsi qətlə yetirmə, 120.2.9 – köməksiz şəxsi qətlə yetirmə aiddir. Çünki qətlə yetirilənlər arasında uşaq da var. Belə olan halda həmin şəxsi 14 ildən 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası gözləyir. Əgər törətdiyi əməllərlə bağlı ömürlük azadlıqdan məhrumetmə nəzərdə tutulubsa, barəsində tətbiq oluna bilər”.

O qeyd edib ki, bu cür cinayətləri adətən psixi xəstəliyi olan şəxslər törədirlər:

“Şəxs özü anlaqsız vəziyyətdə olsa belə qətli planlı törətdiyini deyə bilər. Amma buna ekspert baxmalı və rəy verməlidir. Belə baxanda beş yaxın adamını amansızlıqla qətlə yetirənin anlaqlı olması inandırıcı deyil. Ancaq anlaqsız şəxs bu cür acımasız cinayəti törədə bilər. İllərlə çox mehriban, bir yerdə yaşadığı ailə üzvlərini, valideynlərini, qardaşını, kiçik yaşlı iki uşağı öldürməsi anlaqlı olmasını göstərmir. Anlaqız insanlar belə arada ağıllı söz deyə bilirlər”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO