ABŞ

ABŞ "Crocus"a hücumla bağlı Rusiyaya öncədən informasiya ötürüb - DETALLAR/FOTO

Hazırda oxunan: ABŞ "Crocus"a hücumla bağlı Rusiyaya öncədən informasiya ötürüb - DETALLAR/FOTO

185423

"Crocus City Hall"dakı terror aktından iki həftə əvvəl, daha doğrusu martın 6-da ABŞ səlahiyyətliləri Rusiyaya bu konsert zalının potensial hücum hədəfinə çevrilə biləcəyi barədə xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məsələnin müzakirəsi ilə tanış olan, adı açıqlanmayan iki Amerika rəsmisinə istinadən yazıb.

Vaşinqton terror hücumunun İslam Dövləti (İŞİD) tərəfindən hazırlandığını əminliklə qeyd edib.

Rusiya hakimiyyəti ilkin mərhələdə xəbərdarlığa ciddi yanaşıb. 

Nəşrin həmsöhbətlərindən birinin sözlərinə görə, ABŞ-ın mesajında ​​sinaqoqda terror aktının hazırlanması ilə bağlı məlumatlar yer alıb. Ertəsi gün Federal Təhlükəsizlik Xidməti Moskvadakı sinaqoqda İŞİD-in hücumunun qarşısını aldığını bildirib.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO