Rusiyanın ən varlı adamları siyahısında birinci yeri “Lukoil” neft şirkətinin təsisçisi, azərbaycanlı iş adamı Vahid Ələkbərov tutub.
Bizim.Media xəbər verir ki, bu barədə “Forbes”in reytinqində deyilir.
Mənbə yazır ki, son bir ildə onun sərvəti 8,1 milyard dollar artaraq 28,6 milyard dollara çatıb.
“Forbes” qeyd edib ki, Ələkbərov tarixdə ilk dəfə reytinqə başçılıq edir. O, qlobal milyarderlər siyahısında 59-cu yerdədir.
Reytinqdə ikinci yeri “Novatek”in İdarə Heyətinin sədri Leonid Mixelson tutub. Onun sərvəti 27,4 milyard dollar qiymətləndirilir. İlk üçlüyü 26,6 milyard dollarla Novolipetsk dəmir-polad zavodunun rəhbəri və ən böyük səhmdarı Vladimir Lisin qapayır.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
08:50 / 03.04.2024
Vahid Ələkbərov Rusiyanın ən zəngin adamı oldu
Hazırda oxunan: Vahid Ələkbərov Rusiyanın ən zəngin adamı oldu
Hazırda oxunan: Vahid Ələkbərov Rusiyanın ən zəngin adamı oldu
185408
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.