Elxan Məmmədov:

Elxan Məmmədov: "Avropa klubları artıq “Qarabağ”dan çəkinirlər"

Hazırda oxunan: Elxan Məmmədov: "Avropa klubları artıq “Qarabağ”dan çəkinirlər"

185274

"Rövnəq Abdullayev AFFA-ya rəhbərlik etdiyi 16 illik dövrdə çoxlu işlər görüb. Onunla birgə çalışdığım üçün böyük fəxr hissi keçirirəm".

Bizim.Media xəbər verir ki, bu sözləri FIFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov AFFA-nın Hesabat-Seçki Konfransında deyib.

O bildirib ki, Rövnəq Abdullayev quruma rəhbərlik etdiyi illər ərzində Azərbaycan futbolu üçün miras yaradıb:

"15 il burada birlikdə işləmişik. Əvvəllər sizin qarşınızda çıxış etmədən öncə hazırlaşırdım. Ancaq bu dəfə düşündüm ki, hazırlaşmayacaq, ürəyimdən keçənləri deyəcəyəm. R.Abdullayev bu müddətdə öz bilik və təcrübəsini əməkdaşlarla bölüşdü. Onunla işləmək təcrübəsi beynəlxalq karyeramda mənə böyük kömək olur”.

E.Məmmədov qeyd edib ki, bütün futbol ictimaiyyəti “Qarabağ”ın uğurlarından danışır:

"Əvvəllər Avropa klubları "Qarabağ"la qarşılaşmaq istəyirdilər. Ancaq indi püşkatma zamanı bundan çəkinirlər. Daha əvvəl "Neftçi" və "Qəbələ" də avrokubokların qruplarında yer alıb, ölkəmizi təmsil ediblər. Təəssüf ki, millimiz hələ də bizi sevindirə bilmir. Ancaq futbolumuzun inkişafı davam etdikcə, yığmamızın da uğur qazanacağına inanıram".

Funksionerin sözlərinə görə, son 16 ildə Bakıda çoxsaylı stadionlar inşa olunub:

"2008-ci ildə Bakıda cəmi 2 stadion mövcud idi. Lakin sonradan çox sayda arena inşa olunaraq istifadəyə verildi. AFFA-nın yaratdığı tədris sistemi də çox vacib idi. UEFA ilə birgə məşqçi kursları yaradıldı. Hazırda fəaliyyət göstərən mütəxəssislər həmin sistemdən çıxıblar. İdarəçilik də olduqca önəmlidir. Sevindirici haldır ki, bu gün Azərbaycanda futbol menecerləri yetişir. AFFA-nın daxilində, klublarda menecerlər yüksək səviyyədə çalışırlar. Futbol mütəxəssislərinin yanımızda olmasına ehtiyacımız var. Onların təcrübəsindən yararlanmaq bizim üçün mühümdür".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO