“Bayer” əzmkar qələbə qazanıb, möhtəşəm seriyanı davam etdirdi

“Bayer” əzmkar qələbə qazanıb, möhtəşəm seriyanı davam etdirdi

Hazırda oxunan: “Bayer” əzmkar qələbə qazanıb, möhtəşəm seriyanı davam etdirdi

184925

"Bayer" Bundesliqada 27-ci tur oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, Leverkuzen təmsilçisi "Hoffenhaym"ı qəbul edib. 

Görüşdə hesabı qonaq komanda açsa da, meydan sahibləri 88 və 90+1-ci dəqiqələrdə vurduğu qollarla 2:1 hesabı ilə qalib gəlib. 

"Bayer" - "Hoffenhaym" - 2:1

Qollar: Beyer, 33 (0:1), Andriç, 88 (1:1), Şik, 90+1 (2:1)

Beləliklə, Xavi Alonsonun baş məşqçisi olduğu komanda bu mövsüm bütün turnirlərdə məğlub olmadığı matçların sayını 39-a çatdırıb.

"Bayer" 73 xalla (27 oyun) turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb, "Hoffenhaym" 33 xalla (27 oyun) 9-cudur. "Bavariya" 60 xalla (26 oyun) 2-ci, "Ştutqart" 56 xalla (26 oyun) 3-cüdür.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO