Ermənilər TƏŞVİŞ İÇİNDƏ – “Rusiyadan pul köçürmələrində problemlər yaranacaq”

Ermənilər TƏŞVİŞ İÇİNDƏ – “Rusiyadan pul köçürmələrində problemlər yaranacaq”

Hazırda oxunan: Ermənilər TƏŞVİŞ İÇİNDƏ – “Rusiyadan pul köçürmələrində problemlər yaranacaq”

184875

Bu gündən etibarən Rusiyanın “Mir” ödəniş sistemi Ermənistanda əksər bankların bankomat və POS terminallarında fəaliyyətini dayandıracaq. Yalnız “VTB Ermənistan” Bankının (Rusiya “VTB”-nin törəmə müəssisəsi) infrastrukturu öz fəaliyyətini davam etdirəcək. Rusiyanın bu qərarı təbii ki, Ermənistanda ciddi narahatlıq və təşviş doğurub.

Bizim.Media erməni KİV-inə istinadən xəbər verir ki, məsələ ilə bağlı ekspertlər öz narahatlıqlarını bildirirlər. 

Məsələn, keçmiş deputat və “Sosial Ədalət” partiyasının lideri Şake İsayan yerli mətbuatında açıqlamasında bildirib ki, 2023-cü ildə Rusiyadan Ermənistana 3,9 milyard dollar köçürülüb:
“Bunun da 3,1 milyard dolları kommersiya məqsədləri üçün olub. Bu köçürmələrin əksəriyyəti məhz “Mir” ödəniş sistemi vasitəsilə həyata keçirilib. Bu da o deməkdir ki, Rusiyadan Ermənistana pul köçürülməsində ciddi problemlər yaranacaq”.

Ermənistan İşəgötürənlər İttifaqının sədri Qaqik Makaryan da “Mir” ödəniş sisteminin dayandırılmasnın ciddi iqtisadi fəsadlar törədəyəciyini deyib:

"Birincisi, elektron ticarətin və pul köçürmələrinin həcmi azalacaq. İkincisi, Rusiyaya gedən vətəndaşların axını azala bilər. Çünki onlar bank sistemlərindən daha sərbəst istifadə edə biləcəkləri ölkələrə getməyə üstünlük verirlər. Bu, Ermənistan iqtisadiyyatına ciddi təsir göstərəcək. Çünki ruslar bura gələndə bu sistem vasitəsi ilə yaşayıb, alış-veriş edib, mənzil kirayələyə bilirdilər. Bu sistem turistlər üçün vacib idi. Bir sözlə, bu sistemin yoxa çıxması iqtisadiyyata ciddi təsir edəcək".

Onun sözlərinə görə, “Mir” sisteminin dayandırılması Rusiyada işləyən və bu ödəniş sistemi vasitəsilə öz qohumlarına pul göndərən Ermənistan vətəndaşlarına da mənfi təsir göstərəcək:

“”VTB Ermənistan” bankı “Mir” kartları ilə işləməyə davam etsə də, bir bank bütün tələbatı ödəyə bilməyəcək. Ona görə də növbələr, xidmət problemləri və gecikmələr olacaq. Bu da müştərilər üçün əlavə çətinliklər yaradacaq. Fiziki şəxslərlə yanaşı Rusiya ilə işləyən iş adamları, ilk növbədə Ermənistandan mal ixrac edənlər də ciddi çətinliklərlə üzləşəcək. Rusiya ilə Ermənistan arasındakı  işgüzar əlaqələrdə “Mir” ən sərfəli ödəniş sistemi idi”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO