“Həyat yoldaşım deyir ki, 12 kiloqram çəkini sən 2 aya ata bilməyəcəksən. Gəl özüm kimi sənin də mədənə “mədə balonu” qoyduraq. Söylədim ki, “qurban olum özün etmisən, mən isə istəmirəm, əl çək məndən” (gülür). Mənə deyir ki, “arıqlamalısa”n. Bu sözlərimi evdə deyə bilmədiyim üçün efirdə söyləyirəm”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva həkim-genetik olan həyat yoldaşı ilə qonaq olduğu “Zaurla Günaydın” verilişində deyib.
Sənətçi əri ilə arıqlaması üstündə düşən dava-dalaşlarından söz açıb:
“Ərimin arıqlamağımla bağlı yazdığı mesajdan sonra onu telefonda və “whatsapp” mesajlaşma proqramında “blok” etdim (qara siyahıya salmaq – red.). Bir tək “Instagram”da etmədim. Çünki sonra izləyicilər ona da söz edib yazacaqlar ki, “ər-arvad” bir-birilərini izləmirlər.
Mesajda yazıb ki, “Bu 3 ay ərzində sən 3 kiloqram arıqlamadın, öz işinlə (müğənnilik fəaliyyətini nəzərdə tutur – red.) məşğul deyilsən, idmana getmirsən, evdə dayələrə nəzarət edirsən”. Cavab olaraq yazmışam ki, “Zakir sən məndən axı nə istəyirsən? Mən arıqlayacağam da... Birdən – birə mən istədiyim çəkiyə düşə bilmərəm”. Atdım onu “bloka”, sonra isə işdən evə gələndə “blokdan” çıxartdım. Amma özünün bundan heç xəbəri də olmadı”.
Qeyd edək ki, həkim-genetik Zakir Bayramovla evli olan Sevda Yahyayevanın Ayla və Aida adlı iki qız övladı var.
- A-
- A
- A+
Şoutaym
13:10 / 30.03.2024
Sevda: “Ərimin bu mesajından əsəbiləşib, atdım onu “blok”a” - VİDEO
Hazırda oxunan: Sevda: “Ərimin bu mesajından əsəbiləşib, atdım onu “blok”a” - VİDEO
Hazırda oxunan: Sevda: “Ərimin bu mesajından əsəbiləşib, atdım onu “blok”a” - VİDEO
184865
Rəşad Əliye, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.