Təhlükəli TİBBİ XİDMƏT – Evdə tibb bacısı kimi fəaliyyət götərənlərə necə ETİBAR edək? 

Təhlükəli TİBBİ XİDMƏT – Evdə tibb bacısı kimi fəaliyyət götərənlərə necə ETİBAR edək? 

Hazırda oxunan: Təhlükəli TİBBİ XİDMƏT – Evdə tibb bacısı kimi fəaliyyət götərənlərə necə ETİBAR edək? 

184851

Azərbaycanda xəstəxanalarla yanaşı evlərdə də tibb bacısı funksiyasını yerinə yetirənlərə rast gəlinir. Səhhətində yaranan problemə görə həkimə, xəstəxanaya müraciət etmək istəməyənlər qohum-qonşu arasında tibb bacısı kimi tanınan birinə üz tuturlar. Dövlət və özəl xəstəxanalarda tibb bacısı vəzifəsində işləyənlər qohum-qonşuya, tanışa işdən sonra ya müəyyən ödəniş müqabilində, ya da könüllü şəkildə xidmət göstərirlər. 

Bundan əlavə sadəcə özəl kurslarda qısa müddətdə dərs keçərək sertifikat alan, yaxud kimlərdənsə iynə vurmaq, sistem köçürmək, eləcə də bəzi tibbi xidmətləri göstərmək bacarığını yiyələnənlər də evlərdə tibb bacısı kimi fəaliyyətdədirlər. Hansı ki, bəzi hallarda bu xidməti göstərənlərin nə tibb təhsili, nə də tibb sahəsinə aidiyyatı olur.

Bəs evdə tibb bacısı kimi fəaliyyət götərənlərə necə etibar edək? 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan terapevt Rasif Bağırov deyib ki, insanlar bəzi məsələlərdən ötrü xəstəxanaya getmirlər:

“Əsasən bu işlərlə məşğul olanlar tibb bacıları olurlar. Tibb bacıları binaların blokuna, divarlara özləri haqqında məlumatları əks etdirən elan vururlar. Binada yaşayanlar artıq harada tibb bacısının yaşadığını bilir və lazım olanda onu çağırırlar. Onların da yaxşı iş bacaranı və bacarmayanı olur. Əsasən işlərinin öhdəsindən gəlirlər. İnsanlar sərbəst şəkildə müəyyən şeylərdən ötrü xəstəxanalara getmirlər və həmin tibb bacılarına müraciət edirlər”.

Həkim hesab edir ki, xəstə müayinə olunmadan tibb bacısının onu müalicə etmək ixtiyarı yoxdur:

“Xəstələnmiş insanın həkimin göstərişi əsasında hansısa təlimatı yerinə yetirilməsi üçün tibb bacısını çağırması hardasa normal haldır. Amma xəstənin xəstəlik halında həkimə müraciət etmədən, həkimin təyinatı olmadan tibb bacısının müalicəsinin müəyyən fəsadları olur. Tibb bacısı deyir ki, filan sistemi köçürəcəklərini mən bilirəm, gəl, biz köçürək. Xəstəliyin hansı vəziyyətində olduğunu dəqiqləşdirmədən prosesə başlayırlar. 

Təcrübədə çox görürük ki, evdə köçürülən sistem və iynələrin vurulmasından çox sayda ağırlaşma halları olur. Tibb bacısı bir neçə sistem köçürür, iynə vurur, görür ki, xəstənin vəziyyəti ağırdı. Ondan sonra deyir ki, indi get həkimə, səndə məsələ başqa cür çıxdı. Xəstələrin şoka düşmə halları da olur. Onlar qatışdırılan dərmanların mahiyyətini dərk eləmirlər, buna görə də çox vaxt narahatlıqlar meydana çıxır. 

Proses belədir ki, əslində normal halda poliklinikanın tibb bacısı çağırılmalıdır. Amma bu prosesin həyata keçirilməsi bir az çətin olur, poliklinikadan ya evə gəlmirlər, ya buna vaxt olmur. Yəni ən tez gələni evlərdə olan tibb bacılarıdır. Həkimin təyinatını yerinə yetirməkdə problem yaranmır, amma özləri təyinat verirlərsə, o, problem yaradır”.

Günay Şahmar, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO