Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Yaponiyanın “Nippon İxrac və İnvestisiya Sığortası” şirkəti (NEXI) arasında ümumi əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Bizim.Media-ya İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə memorandumda Azərbaycan və Yaponiya arasında ixrac krediti və investisiya sığortası sahəsində bilik və təcrübənin artırılması məqsədilə müzakirələrin, həmçinin yerli və qonşu bazarlara dair məlumat mübadiləsinin aparılması və birgə təlimlərin həyata keçirilməsi nəzərdə tutulur.
Bununla əlaqədar keçirilən tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirilib ki, Yaponiya Azərbaycan iqtisadiyyatına investisiya yatıran əsas ölkələrdəndir.
İqtisadiyyat Nazirliyi və NEXI arasında uğurlu tərəfdaşlıq qarşılıqlı ixracın artmasına, investisiya və ixrac sığortası sahəsində əməkdaşlığın genişlənməsinə böyük imkanlar açır.
İqtisadiyyat nazir iğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı konsepsiyasının hazırlandığını, konsepsiyada dövlət-özəl tərəfdaşlığından geniş istifadənin, xarici investorlar üçün xüsusi təşviq proqramlarının, xarici şirkətlərin cəlb edilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
İşğaldan azad edilmiş ərazilərdə təbii resurslarla zəngin olmaqla yanaşı, sənaye, aqrar, tranzit, turizm və s. baxımından xüsusi əhəmiyyət kəsb edir.
Mikayıl Cabbarov yapon şirkətlərini imzalanan Memorandumda da əksini tapan imkanlardan yararlanmağa və Azərbaycanın qeyri-neft sektoruna investisiya yatırmağa dəvət edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:07 / 20.04.2021
Azərbaycanla Yaponiya arasında memorandum imzalandı - FOTO
Hazırda oxunan: Azərbaycanla Yaponiya arasında memorandum imzalandı - FOTO
Hazırda oxunan: Azərbaycanla Yaponiya arasında memorandum imzalandı - FOTO
18466
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.