“Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun qətli ilə bağlı məhkəmə prosesi yekunlaşmaq üzrədir.
Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.
Prokuror müttəhimlərin hər birinin tamah məqsədi ilə adam öldürməkdə təqsirli bilinməsini-keçmmiş rektor Müşfiq Atakişiyev, Samir Quliyev və Dəyanət Quliyevin hər birinin 15 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Prokuror onların hər birinin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olduqlarını əlavə edib.
Vəkillərə müdafiə çıxışına hazırlaşmaları üçün vaxt verilib.
Hazırkı Cinayət Məcəlləsində təqsirləndirilən şəxslərin ittiham olunduğu maddənin sanksiya həddi 14 ildən 20 ilə və ya ömürlük azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutulur. Bu hadisə baş verən dövrdə (2011-ci il) isə Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsinin sanksiyasında ən ağır cəza 15 il azadlıqdan məhrum etmə olub.
Qeyd edək ki, hadisə 2011-ci ildə baş verib. İttihamda deyilir ki, həmin vaxt “Təfəkkür Universitetinin” rektoru işləyən Müşfiq Atakişiyev özünə rəqib hesab etdiyi prorektor Tariel Əhmədovun qətlini bacısı oğlu Dəyanət Quliyevə sifariş verib.
D. Quliyev isə bu işi qonşusu qonşusu Samir Quliyevə icra etdirib. Cinayətin üstü 12 il sonra açılıb.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:06 / 27.03.2024
Prorektorun qətlinə görə tutulanlara 15 il həbs istənildi - FOTO
Hazırda oxunan: Prorektorun qətlinə görə tutulanlara 15 il həbs istənildi - FOTO
Hazırda oxunan: Prorektorun qətlinə görə tutulanlara 15 il həbs istənildi - FOTO
184443
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.