Bakı məktəbində direktor özbaşınalığı - Siz də görün! - VİDEO

Bakı məktəbində direktor özbaşınalığı - Siz də görün! - VİDEO

Hazırda oxunan: Bakı məktəbində direktor özbaşınalığı - Siz də görün! - VİDEO

18441

Bakı şəhər, Sabunçu rayon 311 nömrəli tam orta məktəbdə ölkədə elan edilən xüsusi karantin qaydalarının pozulduğu müəyyənləşib

Bizim.Media-nın məlumatına görə, bu il keçirilən Novruz bayramı zamanı məktəb direktoru Esmira Muradova heç bir karantin qaydalarına əməl etməyərək, uşaqlar üçün bayram şənliyi təşkil edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi isə cavab olaraq bildirilib ki, məsələ ilə bağlı tərəflərindən müvafiq araşdırma aparılıb:

“Araşdırma zamanı məktəbin rəhbərliyi tərəfindən “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın tələblərinə zidd olaraq Novruz bayramına həsr olunmuş kütləvi tədbirin təşkil edildiyi və xüsusi karantin rejiminin tələblərinin pozulduğu müəyyən olunub.

“Araşdırmanın nəticələrinə əsasən, Bakı şəhəri 311 nömrəli tam orta məktəbin direktoru Esmira Muradova əmək müqaviləsi üzrə vəzifə funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinə uyğun olaraq barəsində intizam tənbeh tədbiri tətbiq edilib.

Bu kimi hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”,- deyə İdarədən  bildirilib.

Xatırladaq ki, son zamanlar müəllimlər arasında koronavirusa yoluxma və ölüm halları artıb.

Kütləvi tədbirlərin də qadağan olunduğu bir vaxtda bəzi direktorların bu cür məsuliyyətsiz hərəkəti müəllimlərin COVID-19-a yoluxmasına və ölüm hallarına səbəb olur.

Qeyd edək ki, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində əyani tədris dayandırılıb. (Oxu.az)

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO