Salyanda 67 yaşlı kişi itkin düşdü – FOTO

Salyanda 67 yaşlı kişi itkin düşdü – FOTO

Hazırda oxunan: Salyanda 67 yaşlı kişi itkin düşdü – FOTO

184266

Salyan rayon sakini, 1957-ci il təvəllüdlü Süleymanov Hüseyn İsrafil oğlu yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. H.Süleymanovun əlamətləri: boyu 170 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, evdən çıxan zaman üzərində qara rəngli gödəkcə, boz rəngli köynək, göy rəngli şalvar və qara rəngli ayaqqabı olub. 

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya Salyan Rayon Polis Şöbəsinə (055-323-98-24) nömrəsinə məlumat vermələri xahiş olunur. 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO