Fərid Şəfiyev: “Avropa İttifaqı işğalçının tərəfini tutur”

Fərid Şəfiyev: “Avropa İttifaqı işğalçının tərəfini tutur”

Hazırda oxunan: Fərid Şəfiyev: “Avropa İttifaqı işğalçının tərəfini tutur”

184247

Avropa İttifaqı (Aİ) rəsmilərinin son açıqlamaları və onun təsisatlarının hərəkətləri qurumun işğalçının tərəfini tutduğunu göstərir. 

Bizim.Media xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev “X” hesabında yazıb. 

Brüsselin Ermənistanın müdafiəsinə qalxdığına diqqət çəkən F.Şəfiyev vurğulayıb ki, 30 illik işğal dövründə Aİ heç vaxt Azərbaycan ərazilərinin azad edilməsinə belə dəstək verməyib. 

“Avropa İttifaqı müəyyən dəyərləri müdafiə etmək üçün ağlabatan arqumentlərə malik olmasına baxmayaraq, Qlobal Cənubun Avropanın birgə fəaliyyət çağırışlarına biganə qalması təəccüblü olmamalıdır. Siz ikili standartlar nümayiş etdirə, mənəvi və ya hüquqi üstünlük tələb edə bilərsiniz”, - o yazıb. 

Qeyd edək ki, Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar qərəzli bəyanatla çıxış edib. O, Azərbaycanın mətbuatında Ermənistana qarşı xəbərdarlığı “qəbuledilməz” adlandırıb. 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO