Xəbər verdiyimiz kimi, “Döyüş Qardaşlığı” təşkilatının bir neçə üzvü İrəvanda polis idarəsi yaxınlığında toplaşıb və qumbaraları partlatmaqla hədələyir.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan KİV-i yazıb.
Mənbə yazır ki, qrupun daha üç nümayəndəsi idarənin içinə daxil olub.
Verilən informasiyaya görə, nəticədə qumbara partlayıb, yaralıların olduğu deyilir.
Ehtimal olunur ki, təşkilat Qazaxın işğalda olan Bağanis Ayrım kəndində həbs edilən 49 nəfərin azad edilməsini tələb edib.
Bizim.Media