Qırğızıstan rəhbərliyinə qarşı sui-qəsd planı quran 5 azərbaycanlı həbs edildi - ANBAAN VİDEO

Qırğızıstan rəhbərliyinə qarşı sui-qəsd planı quran 5 azərbaycanlı həbs edildi - ANBAAN VİDEO

Hazırda oxunan: Qırğızıstan rəhbərliyinə qarşı sui-qəsd planı quran 5 azərbaycanlı həbs edildi - ANBAAN VİDEO

183919

Qırğızıstanda dövlət xadiminə qarşı cinayət planlaşdırmaqda şübhəli bilinən Azərbaycan vətəndaşları həbs edilib. 

Bizim.Media “Sputnik Qırğızıstan”a istinadən xəbər verir ki, Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsi cinayətkar qruplaşmanın üzvü olmaqda şübhəli bilinən 5 Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı məlumat yayıb. 

Bildirilib ki, Əliyev V.M., Bağırov S.A., Əsgərov M.O., Behbudrov M.S., Məmmədov Z.İ. Qırğızıstan rəhbərliyinə qarşı cinayətə hazırlaşırmış.

Onlardan Əsgərov M.O.-nun kriminal aləmdə tanınmış şəxs olması və Qırğızıstan dövlətinin cinayətkarlığa qarşı apardığı fəal mübarizə siyasətinə görə ölkə rəhbərliyinə sui-qəsd təşkil etmək məqsədilə Qırğızıstana gəlməsi iddia edilib. 

Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir. 

Bizim.Media
 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO