Putindən Moskvadakı hücumla bağlı XALQA MÜRACİƏT – VİDEO  

Putindən Moskvadakı hücumla bağlı XALQA MÜRACİƏT – VİDEO  

Hazırda oxunan: Putindən Moskvadakı hücumla bağlı XALQA MÜRACİƏT – VİDEO  

183887

Rusiya Prezidenti Vladimir Putin "Crocus City Hall"da baş verən terror aktını qanlı və barbar terror hücumu adlandırıb.  

Bizim.Media xəbər verir ki, Rusiya lideri bu barədə xalqa müraciətində bildirib.  

V.Putin onlarla günahsız insanın həlak olduğunu bildirib:  

“Onlarla dinc, günahsız insan terror aktının qurbanı oldu”.  

Rusiya Prezidenti həmçinin insanların həyatını xilas etmək üçün hər şeyi edən təcili yardım briqadalarına, yanğınsöndürənlərə və xilasedicilərə minnətdarlığını bildirib.

Prezident terror aktı zamanı yaxınları həlak olan hər kəsə dərin hüznlə başsağlığı verib:  

“Terror aktını törədən 4 nəfərin hamısı saxlanılıb. Onlar Ukraynaya qaçmağa cəhd ediblər. İlkin məlumata görə, onların sərhədi keçməsi üçün Ukraynadan “pəncərə” açılıb”.  

Ölkə liderinin sözlərinə görə, əsas məsələlərdən biri yeni cinayətlərin qarşısını almaqdır.

V.Putin terrorun əsl təşkilatçıları və sifarişçilərinin layiqli cəzalarını alacaqlarını söyləyib:

“Terror aktında əli olan hər kəs müəyyənləşəcək və cəzalanacaq. Rusiya kəşfiyyat xidmətləri terrorçuların ortaqlarının müəyyən edilməsi üzərində işləyir. İstintaq terror aktının bütün təfərrüatlarını müəyyən etmək üçün hər şeyi edəcək. İndi rusların vəzifəsi həmrəy olmaqdır. Kimsə Rusiya vətəndaşlarının birliyini sarsıda bilməz. Rusiya ən çətin sınaqlar zamanı həmişə daha da güclənib, indi də belə olacaq. Kimsə Rusiyada nifaq toxumu səpə bilməz”.  
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO