Podolyak: Ukraynanın Moskvadakı terror aktı ilə əlaqəsi yoxdur

Podolyak: Ukraynanın Moskvadakı terror aktı ilə əlaqəsi yoxdur

Hazırda oxunan: Podolyak: Ukraynanın Moskvadakı terror aktı ilə əlaqəsi yoxdur

183881

Ukrayna “Crocus City Hall”da baş vermiş hadisəni terror aktı kimi qiymətləndirib. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak “X”də yazıb. 

O, həmçinin bildirib ki, bu məsələdə Rusiyanın Ukraynanı ittiham etməsi tamamilə əsassızdır:

“Biz Rusiya rəsmilərinin “Ukrayna izi” versiyasını gözləyirdik. Bu, Rusiya təhlükəsizlik xidmətlərinin primitiv və proqnozlaşdırıla bilən xüsusiyyətidir”. 

M.Podolyak qeyd edib ki, bəzi məqamlar qaranlıq olaraq qalır:

“Məsələn, bir qrup silahlı insan heç bir yoxlama olmadan insanların çox olduğu yerə gedir. Saat yarımdan çox müddət ərzində insanları atəşə tutur. Hüquq-mühafizə orqanlarının heç bir müdaxiləsi olmur. Sonra onlar sakitcə binanı tərk edir və avtomobillərlə Ukrayna sərhədinə doğru gedirlər. Axtarışda olan şəxslər açıq-aşkar, nümayişkaranə şəkildə üçün aktiv döyüşlərin getdiyi və hər metrin Rusiya təhlükəsizlik qüvvələri ilə dolu olduğu sərhəd keçidlərinə doğru istiqamət götürürlər. Üstəlik, ilkin məlumatlar və şahid ifadələrində radikal islamçılar günahlandırılır”. 

O yazıb ki, Ukraynanı bu terror aktı ilə əlaqələndirmək tamamilə qəbuledilməzdir:

“Ukraynanın bu hadisə ilə zərrə qədər də əlaqəsi yoxdur. Ukrayna Rusiya ilə tammiqyaslı müharibə aparır. Biz məsələni döyüş meydanında həll edəcəyik. Rusiya xüsusi xidmət orqanlarının Ukrayna ilə bağlı versiyaları tamamilə əsassız və absurddur”. 

Xatırladaq ki, ötən axşam "Crocus City Hall" mərkəzində terror aktı baş verib. Hadisə nəticəsində 115 çox adam ölüb. Hadisə ilə bağlı 11 nəfər saxlanılıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO