Vətən müharibəsi ilə bağlı film müsabiqəsinin seçim mərhələsi başa çatdı

Vətən müharibəsi ilə bağlı film müsabiqəsinin seçim mərhələsi başa çatdı

Hazırda oxunan: Vətən müharibəsi ilə bağlı film müsabiqəsinin seçim mərhələsi başa çatdı

18383

Mədəniyyət Nazirliyinin elan etdiyi “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin bədii seçim mərhələsi başa çatıb.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, müsabiqədə iştirak edən layihələr 2020-ci ildə Vətən müharibəsində xalqımızın əldə etdiyi şanlı qələbə, Azərbaycan əsgərinin ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda göstərdiyi qəhrəmanlıq mübarizəsi, yurd həsrəti ilə alışıb-yanan həmyerlilərimizin dədə-baba torpaqlarına qovuşması, habelə arxa cəbhədə yumruq kimi birləşən vətəndaşlarımızın fəaliyyəti kimi mövzulara həsr olunub.

Müsabiqədə 26 layihə fərqlənərək Pitçinq mərhələsində iştirak hüququ əldə edib.

Qəbul olunmuş layihələrdən 1-i televiziya kanalı, 6-sı dövlət studiyaları, 19-u isə müstəqil prodüser mərkəzləri tərəfindən təqdim edilib.

Müsabiqənin Pitçinq mərhələsi aprel ayında baş tutacaq və proses canlı yayım formasında Dövlət Film Fondunun yeni yaradılan rəsmi “Youtube” kanalında ictimaiyyətə nümayiş etdiriləcək. 

Pitçinqdə layihələrin təqdimatı müəlliflər tərəfindən həyata keçiriləcək, iştirakçılar layihələrini açıq Pitçinqdə müdafiə edəcəklər. 

Bu mərhələdə Münsiflər heyətinin rəyi əsasında ən yaxşı layihələr müəyyən ediləcək. 

Aprelin 30-da www.mct.gov.az internet saytında və “Mədəniyyət” qəzetində elan ediləcək qalib layihələr onları təqdim etmiş müəssisə tərəfindən Mədəniyyət Nazirliyinin sifarişi və maliyyə təminatı əsasında istehsal olunacaq.  

Qeyd edək ki, Pitçinq mərhələsinin həyata keçiriləcəyi dəqiq tarix barədə ictimaiyyətə öncədən məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO