“ABŞ əlində olan məlumatları dərhal Rusiyaya çatdırmalıdır” - Zaxarova

“ABŞ əlində olan məlumatları dərhal Rusiyaya çatdırmalıdır” - Zaxarova

Hazırda oxunan: “ABŞ əlində olan məlumatları dərhal Rusiyaya çatdırmalıdır” - Zaxarova

183812

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova rəsmi Vaşinqtonun Krasnoqorskda baş vermiş terror aktı ilə bağlı açıqlamasından narazı qalaraq qarşı tərəfi məlumat verməməkdə suçlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə diplomat teleqramda yazıb.

"Vaşinqtondakı rəsmilər hansı əsasla faciənin ortasında kiminsə təqsirsizliyi ilə bağlı nəticə çıxarırlar? Əgər ABŞ-nin bununla bağlı mötəbər məlumatı varsa və ya olubsa, o zaman o, dərhal Rusiya tərəfinə ötürməlidir", - o qeyd edib.

Xatırladaq ki, Moskvada yerləşən "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Rəsmi Moskva hadisəni terakt adlanıdırıb. Baş vermiş silahlı hücumda bu dəqiqəyə olan məlumata görə azı 40 nəfər ölüb, 140-dən çox yaralanan var. Əraziyə cəlb olunan xüsusi təyinantlılar artıq təmizləmə əməliyyatını icra edirlər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO