Britaniyalı alimlər ağciyər xərçənginə qarşı dünyada ilk peyvəndin hazırlanması üzərində işləyir.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “Sky News” yayıb.
Bildirilir ki, “LungVax” adı verilən peyvənd sözügedən xəstəliyə tutulma hallarının qarşısını 90%-ə qədər ala biləcək.
Məlumata görə, peyvənd ağciyərlərdə xərçəng hüceyrələrini məhv etmək üçün bədənin immun sistemini aktivləşdirəcək.
Bir neçə xeyriyyə təşkilatı alimlərdən ibarət komandaya 3000 doza “LungVax” peyvəndinin hazırlanması üçün 1,7 milyon funt sterlinq maliyyə ayırıb.
Peyvənd Oksford Universitetinin alimləri və “AstraZeneca” şirkəti tərəfindən birgə hazırlanır.
Xatırladaq ki, “BionTech” şirkətinin təsisçiləri, türkiyəli alimlər Uğur Şahin və Özlem Türeci də xərçəng xəstəliyinə qarşı hazırladıqları vaksinin uğurlu nəticələr verdiyini açıqlayıblar. Türkiyəli cütlük sözügedən vaksinin üzərində 15 ildən çoxdur ki işləyir. Şirkət 2030-cu ilə qədər 10 000-ə yaxın onkoloji xəstənin müalicə edilməsini nəzərdə tutur.
Bizim.Media
- A-
- A
- A+
COP29
21:41 / 22.03.2024
Ağciyər xərçənginə qarşı ilk PEYVƏND hazırlanır
Hazırda oxunan: Ağciyər xərçənginə qarşı ilk PEYVƏND hazırlanır
Hazırda oxunan: Ağciyər xərçənginə qarşı ilk PEYVƏND hazırlanır
183783
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.