İspaniyalı dünya şöhrətli aktrisa Penelopa Kruz 50 illik yubileyi ərəfəsində ölkəsinin “Elle” dərgisinin aprel buraxılışının üz qabığının qəhrəmanı olub.
Bizim.Media xəbər verir ki, sənətçi Mugler korset və krujevalı “Versace” brendindən libasda obyektiv qarşısına keçib.
Penelopa yubileyi ilə bağlı bunları söyləyib:
“Məndən hansı münasibətimi daha çox bəyəndiyimi soruşsanız: indikimi, yoxsa 20-30 yaşımda olan münasibətimi, səmimiyyətlə deyim ki, indiki münasibətimi daha çox sevirəm”.
Aktrisa etiraf edib ki, gəncliyində etdiyi çılğın və ağlasığmaz hərəkətləri üçün darıxır, çünki yaşlandıqca ətrafındakı dünyanı daha yaxşı anlamağa və ona olan münasibətinin dəyişdiyini vurğulayıb:
“Bəzən daha çox şey etmək və daha çox o şüursuz vəziyyətə qayıtmaq istəyirəm. Öyrəndiyim hər şey, aşmalı olduğum bütün dağlar mənim üçün asan olmayıb. Bunların hamısı inkişafımın bir hissəsidir”.
Kruz, analığından da söz açıb. Aktrisanın əri Xavyer Bardemdən iki övladı var - 13 yaşlı Leo və 10 yaşlı Luna. Penelopanın sözlərinə görə, o, həmişə ana olmaq istəyib və 20 yaşında Hindistana səfəri zamanı təkbaşına uşaq övladlığa götürməyə çalışıb, lakin buna nail ola bilməyib.
“Əvvəllər çox işləyirdim və tamamilə çılğın bir templə: o vaxtlar ildə dörd filmim çıxırdı. Amma bu gün çox şanslı olduğumu hiss edirəm. onu verir. Uzun müddət çox işləməyim indi mənə seçmək imkanı. Nə etməli, harada və nə vaxt. Bu çox vacibdir, çünki uşaqlarımız doğulduğu andan onların tərbiyəsində tam iştirak etmək üçün mümkün olan hər şeyi edirik. Bizim üçün bu, ən vacib şeydir”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:04 / 22.03.2024
50 yaşına qədəm qoyan Penelopa Kruzdan cazibədar FOTOSESSİYA
Hazırda oxunan: 50 yaşına qədəm qoyan Penelopa Kruzdan cazibədar FOTOSESSİYA
Hazırda oxunan: 50 yaşına qədəm qoyan Penelopa Kruzdan cazibədar FOTOSESSİYA
183710
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.