Cəlilabadda evdən oğurluq etdi, daha sonra evi yandırdı - FOTO/VİDEO

Cəlilabadda evdən oğurluq etdi, daha sonra evi yandırdı - FOTO/VİDEO

Hazırda oxunan: Cəlilabadda evdən oğurluq etdi, daha sonra evi yandırdı - FOTO/VİDEO

183706

Cəlilabadın Təzəkənd kəndində evdə oğurluq hadisəsi baş verib. Evdən 16 min manat aparan oğru cinayətin izini itirmək üçün pulun saxlandığı hissəyə od vurub.

Axşam 19:20 radələrində İsayevlər ailəsi qonaqlıqda olduqları vaxtda evlərinin yandığı xəbəri alırlar.

Yanğın yerinə qonşuların çağırdığı  Fövqəladə Hallar Nazirliyinin müvafiq bölməsi gəlib. Güclü külək və yağış altında yanğın lokalaşdırılsa da 130 kvatratlıq evin 50 kvatratlıq iç hissəsi yanıb.

Yanğının evin digər yanar konstruksiyalarına keçməməsində kənd sakinləri də fəal iştirak ediblər. Hadisə şahidləri otaqlarda alışıb yanmayan yanar maye izləri də aşkar ediblər. Hansı ki, bu izlərlə yanğın evin digər hissələrinə də keçə bilərmiş. Ev sahibi Kamil İsayevin sözlərinə görə yanan otaqlarda ev sahibinə məxsus xeyli rəsmi sənədlər və geyim əşyaları da yanaraq sıradan çıxıb.

Qeyd edək ev yenicə təmir edilmişdi. Oğurlanan pul ev sahibinin oğluna məxsus olub və o, müəyyən miqdardan sonra yeni bir ev almağı planlayırmış. Yanan evə daxil olan ev sahibinin yaxın qohumu Elşən İsayevin sözlərinə görə isə o, ilk növbədə pulun saxlandığı divanın altına baxıb, orada yalnız pulqabının qapağının qaldığını görüb.
Hadisə ilə bağlı araşdırma aparılır. Baş verən hadisənin yeni təfərrüatlarına dair açıqlama veriləcəyi gözlənilir.
 

 



Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO