Bu ilin yanvar-fevral aylarında Azərbaycanda avtomobil nəqliyyatı ilə 1,791 milyon ABŞ dolları dəyərində 875 min ton idxal-ixrac yükü daşınıb.
Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7,1 % və 15,3 % çoxdur.
O cümlədən, 2 ay ərzində avtomobil nəqliyyatı ilə 1,509 milyon ABŞ dolları dəyərində 549 min ton yük idxal olunub, 0,282 milyon ABŞ dolları dəyərində 326 min ton yük ixrac olunub.
Hesabat dövründə idxal olunan yükün dəyəri 6,3 %, həcmi 12,5 %, ixrac olunan yükün isə dəyəri 11,7 %, həcmi 20,2 % artıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
19:44 / 21.03.2024
Azərbaycanda avtomobillə bağlı idxal-ixrac yüklərinin daşınması 15 % ARTIB
Hazırda oxunan: Azərbaycanda avtomobillə bağlı idxal-ixrac yüklərinin daşınması 15 % ARTIB
Hazırda oxunan: Azərbaycanda avtomobillə bağlı idxal-ixrac yüklərinin daşınması 15 % ARTIB
183635
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.