2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 36 faiz artaraq 296,5 min nəfər olub.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilib.
Bildirilib ki, İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 38,5 faiz, Gürcüstana gedənlərin sayı 32,2 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 30,6 faiz, Türkiyəyə gedənlərin sayı 30,1 faiz artıb.
Azərbaycan Respublikası vətəndaşlarının 37,9 faizi Türkiyəyə, 21,9 faizi Rusiya Federasiyasına, 9,7 faizi Gürcüstana, 8,5 faizi İrana, 22,0 faizi digər ölkələrə səfər edib. Gedənlərin 68,2 faizini kişilər, 31,8 faizini qadınlar təşkil edib.
2024-cü ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 67,7 faizi hava, 30,0 faizi dəmir yolu və avtomobil, 2,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:37 / 19.03.2024
İrana gedən Azərbaycan vətəndaşlarının sayında artım olub
Hazırda oxunan: İrana gedən Azərbaycan vətəndaşlarının sayında artım olub
Hazırda oxunan: İrana gedən Azərbaycan vətəndaşlarının sayında artım olub
183375
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.