Azərbaycanda yeni idman kanalına LİSENZİYA VERİLDİ

Azərbaycanda yeni idman kanalına LİSENZİYA VERİLDİ

Hazırda oxunan: Azərbaycanda yeni idman kanalına LİSENZİYA VERİLDİ

183310

Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti iclası keçirilib. İclasda bir sıra məsələlərə baxılıb.

Şuradan Bizim.Media-ya verilən xəbərə görə, ilk olaraq, Audiovizual Şuranın 23 yanvar 2024-cü il tarixli 01/24-01 nömrəli qərarı ilə ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün elan edilmiş müsabiqəyə sənəd təqdim etmiş "Sağlam Media" MMC-nin və "Orion Sky" MMC-nin iddiaçı kimi müsabiqəyə buraxılması və iddiaçıların müsabiqə şərtlərinə uyğunluğu və yayım imkanları barədə rəy verilməsi üçün müvafiq komissiyanın yaradılması haqqında qərar qəbul edilib.

Daha sonra audiovizual media fəaliyyəti üçün lisenziya verilməsi ilə əlaqədar Audiovizual Şuraya edilmiş son müraciətlər müzakirə olunub.

Qəbul olunmuş müvafiq qərarlara əsasən "AZ-EVRO TEL" MMC-yə (operator xidmət adı: "Azeurotel") sadə platforma operatoru, "SPORT TV.AZ" MMC-yə peyk yayımı həyata keçirməyən platforma yayımçısı (idman janrlı, televiziya redaksiya adı: "Sport TV") lisenziyaları verilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO