“Azəryol” əsas rəqibini MƏĞLUB ETDİ

“Azəryol” əsas rəqibini MƏĞLUB ETDİ

Hazırda oxunan: “Azəryol” əsas rəqibini MƏĞLUB ETDİ

182956

Qadın həndbolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib. 

Bizim.Media xəbər verir ki, 14-cü turun görüşündə çempionluğa iddialılar “Qarabağ”la “Azəryol” üz-üzə gəliblər. 

“AHF Arena”da başabaş mübarizə şəraitində keçən qarşılaşmada lider “Qarabağ” meydanı məğlub tərk edib. 27:25 hesablı qələbə qazanan “Azəryol” çempionluq uğrunda mübarizəni daha da gərginləşdirib. 

Martın 17-də 12-ci turdan təxirə salınmış oyunda “Kür” və “İdman Akademiyası” qarşılaşacaqlar.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO