Sosial sahədəki e-xidmətlərə yanvar-fevral aylarında 545 min müraciət qeydə alınıb

Sosial sahədəki e-xidmətlərə yanvar-fevral aylarında 545 min müraciət qeydə alınıb

Hazırda oxunan: Sosial sahədəki e-xidmətlərə yanvar-fevral aylarında 545 min müraciət qeydə alınıb

182950

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2024-cü ilin ilk iki ayında 545 min müraciət qeydə alınıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, ölkənin sosial reyestri olan e-sosial.az portalından həmin dövrdə 857 min dəfə istifadə olunub. 

45,8 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir.

Həmin qurumlardan sorğular da daxil olmaqla, ümumilikdə nazirliyin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 100 milyon olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO