Bakıda qadın ana olmaq arzusunu dələduzluq yolu ilə həyata keçirmək istədi

Bakıda qadın ana olmaq arzusunu dələduzluq yolu ilə həyata keçirmək istədi

Hazırda oxunan: Bakıda qadın ana olmaq arzusunu dələduzluq yolu ilə həyata keçirmək istədi

182940

Bakıda qızıl alveri adı ilə vətəndaşlara qarşı dələduzluq edilib.

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, Gülşən Əhmədova dələduzluqda təqsirli bilinərək saxlanılıb. 

O, qızıl alveri etmək adı ilə bir neçə nəfərə yalan vəd verib və onların ümumilikdə 30 min manatdan artıq pulunu ələ keçirib.

Hadisənin qəribə tərəfi isə Gülşənin dələduzluqla ələ keçirdiyi pulları hara sərf etməsidir. Əldə edilən məlumata əsasən, qadın uzun müddət ana olmaq arzusunda olsa da, bu baş verməyib. Nəticədə o, cinayət yolu ilə qazandığı həmin pullarla özünün süni mayalanma və digər tibbi xərclərini qarşılayıb.

Həmçinin G.Əhmədova lazer ustası kimi fəaliyyət göstərib.

İş üzrə ümumilikdə yeddi nəfər zərərçəkən var.

Məhkəmə tərəfindən onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. İstintaq davam edir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO