Ermənistan sistematik islamofobiyanın beşiyidir – İCMA 

Ermənistan sistematik islamofobiyanın beşiyidir – İCMA 

Hazırda oxunan: Ermənistan sistematik islamofobiyanın beşiyidir – İCMA 

182830

Qərbi Azərbaycan İcması bəyanat yayaraq Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında martın 15-də qəbul edilən “İslamofobiya ilə mübarizə tədbirləri” adlı qətnaməni alqışladığını bildirib.

Bizim.Media xəbər verir ki, sənəddə Qərbi Azərbaycan İcmasının islamofobiyaya qarşı beynəlxalq səylərə həmişə fəal töhfə verdiyi qeyd edilib və ötən il İcmanın bu mövzuda müraciətinin BMT Baş Assambleyasının rəsmi sənədi kimi yayılması xatırladılıb.

"Dövlətlərin əksəriyyətinin lehinə səs verdiyi sözügedən qətnamə Ermənistan tərəfindən dəstəklənməyib. Ermənistanın sistematik islamofobiyanın beşiyi olduğunu nəzərə alsaq, bu ölkənin qətnamə üzrə mövqeyi təəccüb doğurmur.Xatırladaq ki, dövlət səviyyəsində İslamofobiya siyasəti aparan Ermənistan müsəlmanlara qarşı total etnik təmizləmə aparmış, müsəlmanların ibadət yerlərini və qəbiristanlıqlarını dağıtmışdır. Ermənistan müsəlmanlara qarşı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətmiş caniləri şöhrətləndirir. Bu ölkə hələ də qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmasına imkan vermir", - bəyanatda deyilir.

İcma islamofobiya və ksenofobiyaya qarşı mübarizədə birləşmiş bütün dövlətləri Ermənistanın İslamofob siyasətini pisləməyə və oradan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıtmasını dəstəkləməyə çağırıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO