Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş katibinin siyasət üzrə müavini Qay Rayder ilə görüşüb.
Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüşdə Azərbaycan və BMT arasında mövcud əməkdaşlıq gündəliyi, habelə bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində BMT ilə birgə fəaliyyət məsələləri müzakirə olunub.
BMT-nin Azərbaycandakı fəaliyyətinin əhəmiyyətindən bəhs olunub, ölkəmizin təşkilat, o cümlədən onun ixtisaslaşmış orqanları ilə səmərəli əməkdaşlıq həyata keçirdiyi bildirilib.
Azərbaycan və Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, regionda mövcud vəziyyət və son inkişaflar barədə qarşı tərəfə məlumat verilib.
COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbriklərini çatdıran baş katibin müavini BMT-nin də bu prosesdə Azərbaycana tam dəstək verməyə hazır olduğunu bildirib. Bununla yanaşı, BMT Baş katibi adından bu ilin sentyabr ayında Nyu-Yorkda keçirilməsi planlaşdırılan “Gələcəyin Sammiti” tədbiri barədə məlumat verib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
22:30 / 14.03.2024
Ceyhun Bayramov BMT Baş katibinin müavinini regionda mövcud vəziyyət barədə MƏLUMATLANDIRDI - FOTO
Hazırda oxunan: Ceyhun Bayramov BMT Baş katibinin müavinini regionda mövcud vəziyyət barədə MƏLUMATLANDIRDI - FOTO
Hazırda oxunan: Ceyhun Bayramov BMT Baş katibinin müavinini regionda mövcud vəziyyət barədə MƏLUMATLANDIRDI - FOTO
182632
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.