Profesor Şirindil Alışanlı vəfat edib

Profesor Şirindil Alışanlı vəfat edib

Hazırda oxunan: Profesor Şirindil Alışanlı vəfat edib

182622

Filologiya elmləri doktoru, profesor Şirindil Alışanlı vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan bildirilib.

Şirindil Alışanov 1952-ci ildə Laçın rayonunun Əhmədli kəndində anadan olub. 1976-1987-ci illərdə AMEA Ədəbiyyat İnstitutunda elmi işçi, İnstitutun elmi katibi, bölmə müdiri vəzifələrində çalışıb. 1977-1980-ci illər SSRİ Elmlər Akademiyası Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsində çalışıb.

1993-1998-ci illərdə "Elm" qəzetinin baş redaktoru, 1997-2013-cü illərdə "Elm" Redaksiya, Nəşriyyat-Poliqrafiya Mərkəzinin direktoru olub. 1990-cı ildən "Sabah" nəşriyyatının direktoru kimi çalışıb.

Bir sıra mötəbər elmi jurnalların və çoxcildlik nəşrlərin redaksiya heyətinin üzvüdür. Dörd kitabı və yüzdən artıq elmi və ədəbi-tənqidi məqaləsi çap olunub.

Mərhumla vida mərasimi sabah saat 10.00-da Təzəpir məscidində keçiriləcək.

Allah rəhmət eləsin!

Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO