ABŞ-da amansız seçki mübarizəsi: Tramp, yoxsa Bayden? 

ABŞ-da amansız seçki mübarizəsi: Tramp, yoxsa Bayden? 

Hazırda oxunan: ABŞ-da amansız seçki mübarizəsi: Tramp, yoxsa Bayden? 

182592

ABŞ-ın keçmiş prezidenti Donald Tramp prezidentliyə namizəd olmaq üçün Respublikaçılar Partiyası üzvlərinin tam dəstəyini qazanmaqdadır. Bu barədə Birləşmiş Ştatlar mətbuatında dərc edilən məlumatda qeyd olunur.

Belə ki, D.Tramp Vaşinqton, Corciya və Missisipi ştatlarında keçirilən ilkin seçkilərdə qalib gəlib və indiyədək ona 1 219 nümayəndə dəstəyini ifadə edib.

Maraqlıdır ki, mövcud reallıqda Bayden-Tramp çəkiməsində hansı tərəfin şansları daha üstündür?

Politoloq Qabil Hüseynli mövzu ilə bağlı Bizim.Media-ya danışıb.

O sözügedən mövzuya belə yanaşıb:

“Tramp haqqında düşünərkən hər zaman gözümün önünə ev alqı-satqısı ilə məşğul olan “makler”lər gəlir. Bu adamın prezidentliyi dövründə ağıllı addımının, siyasətinin şahidi olmadım. Trampın haqqında çox sayda iddia var, amma bu adama “dur” deyən yoxdur.
Baydenə gəldikdə isə o, siyasətçi kimi çox təcrübəlidir, amma artıq qocalıb. Yaşından əlavə, səhhətində ciddi problemlər var. Son illər parlaq nitqləri və uğurlu addımları yoxdur.

Ona görə də ABŞ-da prezident seçkiləri çox mürəkkəb olacaq. Məhkəmə Trampı seçkilərə buraxmaya və ya onu cinayətkar elan edə bilər. Baydenin səhhətindəki problemləri nəzərə alsaq, onun arxasında Demokratlar Partiyasında əvəz edəcək biri də yoxdur.
Ancaq hər bir halda, ümumiləşdirsək, Baydenə daha çox üstünlük verirəm. Çünki o, 4 illik idarəetməni uğurla həyata keçirib”.

Məhərrəm Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO