Hazırda Ukrayna Ukrayna kəşfiyyat qrupu Belqorod vilayətinin ərazisinə daxil olmağa çalışır.
Əldə etdiyimiz məlumata görə, döyüş Spodaryuşino kəndi ərazisində gedir.
Bizim.Media xəbər verir ki, bu informasiya MASH Telegram kanalında yer alıb.
Mənbə yazır ki, səhər saat 8-dən 9-a qədər Ukrayna Silahlı Qüvvələri tərəfindən Belqorodun atəşə tutulması zamanı sürücü həlak olub, kaset mərmisi birbaşa avtomobilə dəyib. Daha iki nəfər xəsarət alıb və onlara həkimlər tərəfindən tibbi yardım göstərilir.
Bölgə paytaxtının televiziya mərkəzinə yaxınlaşan bir neçə raket vurulub. Razumnı kəndindən Belqoroda gedən avtomobil yolu da hücuma məruz qalıb.
Qrayvoron şəhəri də atəş altında olub. İlkin məlumata görə, bir nəfər qolundan yaralanıb. Üç avtomobilə ziyan dəyib.
Bizim.Media