Məşhur basketbolçu ABŞ prezidenti olmaq istəyir

Məşhur basketbolçu ABŞ prezidenti olmaq istəyir

Hazırda oxunan: Məşhur basketbolçu ABŞ prezidenti olmaq istəyir

182470

Stefen Körri qarşıdakı illərdə ABŞ prezidentliyinə namizədliyini verə bilmə ehtimalının olduğunu qeyd edib. 

Bizim.Media xəbər verir ki, basketbolçu karyerasının bitməsindən sonra bunu mümkün sayır.

“Ola bilər. Mən istənilən imkandan istifadə edərək insanlara yardım etməyə çalışıram. Növbəti prezident seçkiləri bundan sonra 2028-ci ildə olacaq. O vaxta hələ çox var”, – deyə Körri “CBC Morning”də qonaq olarkən qeyd edib.

Bu mövsüm 35 yaşlı basketbolçu 59 oyunda meydana çıxıb. Onun orta göstəricisi 26,9 xala bərabərdir.

“Qolden Steyt Vorriors” komandası isə 64 oyunda 98 xal toplamaqla Qərb konfransında 10-cu pillədə qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO