Tanışını yumruqla öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi

Tanışını yumruqla öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi

Hazırda oxunan: Tanışını yumruqla öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi

182239

Xəbər verildiyi kimi ötən il sentyabrın 8-də Göyçay rayon Kürdəmiş kənd sakini 1967-ci il təvəllüdlü Şahsən Yusifovun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Göyçay rayon prokurorluğu yayıb.

İbtidai istintaqla 1998-ci il təvəllüdlü Novruz Mahmudovun rayonun Cəyirli kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı Şahsən Yusifova yumruqla zərbə vurması nəticəsində sonuncunun həmin zərbənin təsirindən yıxılaraq aldığı xəsarətlərdən müalicə olunduğu xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Novruz Mahmudova Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.  
Cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO