Qonşusu Xuramanı POLİSƏ VERİB – VİDEO 

Qonşusu Xuramanı POLİSƏ VERİB – VİDEO 

Hazırda oxunan: Qonşusu Xuramanı POLİSƏ VERİB – VİDEO 

182178

Müğənni Xuraman Şuşalı köhnə evini sataraq yeni mənzilə köçdüyünü açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Rəngarəng səhər” verilişində danışıb. 

Xuraman bu addımı qonşusunun onu dəfələrlə polisə şikayət etdiyi üçün atdığını bildirib: 

“Əvvəl yaşadığım yerdəki qonşum məni neçə dəfə 102-yə şikayət edib. Hətta deyirdi ki, yuxarılara yazacağam, yazırdı da. Bir də görürdüm, polisdən zəng gəlir. Evdə tozsoran işləyəndə və uşaqlar səs salanda, qonşu polisə zəng edirdi. Bilirdim ki, həmin adamın psixoloji problemi var. Biz pilləkanla evə qalxırdıq. Düşünürdüm ki, birdən uşaqlarımı oradan itələyər.

Deyirlər ki, qonşun pisdir, köç qurtar. Bunu da elə belədən deməyiblər. O qadın şər-xəta idi. Şükürlər ki, biz oradan köçdük. Satdığım evə köçən insanları da o qonşum artıq bezdirib. Onları da 102-yə şikayət edib. Onlar da o qonşunu qarşılıqlı şəkildə polisə şikayət ediblər. Amma indiki alt qonşuma bizdən iki dəfə su gedib.
Ərim Elçin evdə qəzəndə ev silkələnir. Amma axşam saat 21:00-dan və 22:00-dan sonra səs etmirik. Uşaqlarım yatır, mən isə sakitcə evdə otururam”. 
Qeyd edək ki, Xuraman Şuşalının dörd övladı var. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO