Nizami rayonu Nəsimi küçəsi 28 ünvanında ağacların kəsilərək tikinti işlərinin aparılması barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Xidmətin rəsmisi Vaqif Cavadov bildirib ki, əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb, sözügedən ünvanda tikinti məqsədilə qazıntı işlərinin aparıldığı və 2 ağacın kəsildiyi məlum olub.
“Araşdırma zamanı ərazinin qeyri-yaşayış obyektinin tikintisi üçün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən vətəndaş Cavanşir İsmayılova verildiyi müəyyən edilib.
Faktla bağlı C.İsmayılov barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə hazırda müvafiq işlər aparılır”.
Bizim.Media
![Bakıda ağacları kəsən şəxsə qarşı tədbirlər görülür - FOTO Bakıda ağacları kəsən şəxsə qarşı tədbirlər görülür - FOTO](https://bizim.media/file/articles/2021/04/17/1618674257_1-kcur-kcur-kcur.jpg)
- A-
- A
- A+
Cəmiyyət
19:42 / 17.04.2021
Bakıda ağacları kəsən şəxsə qarşı tədbirlər görülür - FOTO
Hazırda oxunan: Bakıda ağacları kəsən şəxsə qarşı tədbirlər görülür - FOTO
Hazırda oxunan: Bakıda ağacları kəsən şəxsə qarşı tədbirlər görülür - FOTO
18199
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.