Şəhid övladının çıxışı hər kəsi AĞLATDI - VİDEO

Şəhid övladının çıxışı hər kəsi AĞLATDI - VİDEO

Hazırda oxunan: Şəhid övladının çıxışı hər kəsi AĞLATDI - VİDEO

18182

Sosial şəbəkələrdə şəhid övladının hər kəsi heyrət içində qoyan çıxışı ilə bağlı videogörüntülər yayılıb. 

Bizim.Media xəbər verir ki, şəhid Sadiq Bağırzadənin doğum günü münasibətilə məzarı yanında keçirilən tədbirdə şəhid Ramiq Mikayılovun oğlu Ağaseyid Mikayılovun qandonduran çıxışı ürəkləri fəth edib:

“Mən istəyirəm ki, şəhid olum. Allahın üzünü və mələkləri görüm. Orada atamı görüm”, deyə şəhid övladının dediyi sözlər qarşısında aciz qalan tədbir iştirakçıları çıxışdan təsirləniblər. Hətta azyaşlının şəhid atalarına “ağlamayın nə olar” deməsi hər kəsi ağladıb.   

Qeyd edək ki, baş leytenant, şəhid Ramiq Mikayılov 25 yanvar 1993-cü ildə Şamaxının Ovculu kəndində, üç uşaqlı ailədə dünyaya gözlərini açıb.

İgidimiz cəbhə bölgəsində  göstərdiyi uğurlar və aldığı təşəkkürlər sayəsində 27 yaşında Qərargah rəisi vəzifəsinə təyin edilib. O, İkinci Qarabağ müharibəsində Xocavənd uğrunda gedən döyüşlər zamanı 30 oktyabr tarixində əsgər yoldaşlarını qoruyarkən şəhidlik zirvəsinə yüksəlib. Arzuladığı kimi, şəhidimiz tabutu üç rəngli bayrağa sarılmış halda doğulduğu, böyüdüyü kənddə son mənzilə yola salınıb.

Alçina Amilqızı, Bizim.Media

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by AVP MEDIA (@avp.media)

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO