\

\"Neftçi\" və \"Xəzri\" Azərbaycan kubokunun yarımfinalında – FOTO  

Hazırda oxunan: \"Neftçi\" və \"Xəzri\" Azərbaycan kubokunun yarımfinalında – FOTO  

181803

"Sərhədçi" İdman Mərkəzində, basketbol üzrə Azərbaycan Kubokunun "A" qrupunda növbəti iki oyun keçirilib. 

Bizim.Media xəbər verir ki, günün ilk oyunu "Neftçi" və "Cəlilabad" komandaları arasında baş tutub. 

Bu oyun "Neftçi" klubunun 82-71 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbə ilə "Neftçi" qrupdan çıxmağı təmin edib. Ən məhsuldar basketbolçular: 
"Neftçi" (Ceyms Haforn - 17 xal, 7 ribaund), "Cəlilabad" (Rişon Conson - 18 xal, 6 ribaund) 

Günün ikinci oyununda qrupun lideri "Xəzri", "Xırdalan" ilə qarşılaşıb. Oyunu 75-64 hesabı ilə qalib tamamlayan "Xəzri", kubokun yarımfinalına vəsiqəni təmin edib. 

Ən məhsuldar basketbolçular: 

"Xırdalan" (Cakori Arçi - 21 xal, 8 ribaund), "Xəzri" (Ceremi Maklaflin - 22 xal, 17 ribaund). 

Qeyd edək ki, "A" qrupunu lider tamamlamaq uğrunda oyun, "Xəzri" və "Neftçi" klubları arasında baş tutacaq. 



Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO