Qız uşaqlarını erkən nikaha məcbur edən amillər - VİDEO

Qız uşaqlarını erkən nikaha məcbur edən amillər - VİDEO

Hazırda oxunan: Qız uşaqlarını erkən nikaha məcbur edən amillər - VİDEO

181745

Bu gün Azərbaycan qadınının iki ən aktual problemi var. Ailədaxili zorakılıq və qız uşaqlarının erkən nikaha cəlb edilməsi.

Mütəxəssislər hesab edirlər ki, ailədaxili zorakılıq, məhdudiyyətlərin qoyulması, sərbəstliyin olmaması erkən nikaha şərait yaradır. Nəticədə bəzi qız uşaqları həm təhsildən uzaqlaşdırılır, həm də ailə məsuliyyətini dərk etmədən belə bir ağır yükü daşımaq məcburiyyətində qalırlar.

Bəs görəsən, sərbəstlik yoxdursa, azyaşlılar bu cür addım atmağa necə cəsarət edə bilirlər

Bizim.Media xəbər verir ki, mövzuya “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova münasibət bildirib.

Onun sözlərinə görə, əksər hallarda ailədə zorakılığa məruz qalan şəxslər bu cür qaçmaqla həyatlarının daha uğurlu olacağını düşünürlər:

“Bir az da müəyyən təsirlər var. Romantik hisslər, ailədəkilərin hərəkətini cəzalandırmaq kimi. Belə qızlar daha çox istifadə olunurlar. İl ərzində bizə 600-700 müraciət olur. Bunlar daha çox zorakılığa məruz qalmış şəxslərdir”.
Qeyd edək ki, 2023-cü ildə erkən nikahların statistikası hələlik açıqlanmasa da, ümumilikdə ölkə ərazisində 54 200 nəfər nikaha daxil olub, 21 688 boşanma halı qeydə alınıb.

Daha ətraflı Baku TV-nin süjetində:
 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO