Rusiyada terror aktları gözlənilir?

Rusiyada terror aktları gözlənilir?

Hazırda oxunan: Rusiyada terror aktları gözlənilir?

181681

Latviya Xarici İşlər Nazirliyi vətəndaşları Rusiyaya səfərdən, Moskvada olanları isə yaxın 48 saat ərzində terror aktları təhlükəsi ilə əlaqədar kütləvi tədbirlərdən çəkinməyə çağırıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin saytında məlumat dərc olunub.

“Yaxın 48 saat ərzində Moskvada baş verə biləcək terror aktları ilə əlaqədar sizi Rusiya Federasiyasına gəlməməyə və Moskvada kütləvi toplantılardan çəkinməyə çağırırıq”, - mesajda deyilir.

Bundan əvvəl ABŞ-ın Rusiya Federasiyasındakı səfirliyi yaxın 48 saat ərzində Moskvada ekstremistlərin hücumu təhlükəsi barədə xəbərdarlıq etmişdi. Onun sözlərinə görə, ekstremistlər yaxın vaxtlarda Rusiya paytaxtında böyük yığıncaqlara, o cümlədən konsertlərə hücum etməyi planlaşdırır. 
ABŞ səfirliyinin bəyanatının ardınca Britaniya və Almaniyanın səfirlikləri də oxşar açıqlama ilə yadda qalıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO